28.12.2021-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin tapşırığına əsasən, Xocalı rayon Yaloba kənd tam orta məktəbində "Uşaq hüquqlarının qorunması", "Uşaqlarda milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik hisslərinin yaradılması və genişləndirilməsi", "Uşaq zorakılığının, şagirdlərin təhsildən yayınmasının qarşısının alınması" və s. mövzularında geniş tədbir keçirildi. Tədbirdə məktəbimizin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edirdi. Tədbirdə çıxış edən müəllimlər və valideynlər mövzular haqqında əhatəli və geniş məruzələr və çıxışlar etdilər.